...

ABŞ-ın Azərbaycanda yeni səfiri ölkələr arasında daha yaxın əlaqələr qurmağı ümid edir (FOTO)

Siyasət Materials 12 Fevral 2015 21:56 (UTC +04:00)
"Mən Bakıya gəlməyimə şadam, bir azdan mənim ailəmdə Bakıya gələcək"
ABŞ-ın Azərbaycanda yeni səfiri ölkələr arasında daha yaxın əlaqələr qurmağı ümid edir  (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

ABŞ-ın Azərbaycanda yeni səfiri ölkələr arasında daha yaxın əlaqələr qurmağı ümid edir. Bu haqda o, Bakıya gəldikdə jurnalistlərlə bildirib.

"Bugün, mən, Bakıda olmağıma çox şadam. Tezliklə həyat yoldaşım da Bakıya gələcək", - deyə, Robert Sekuta bildirdi.

Səfirin dediyinə görə, etimadnaməni ölkə başçısına təqdm etdikdən sonra ölkə boyu Azərbaycan xalqı ilə görüşmək istəyir.

"Ölkələrimizi daha çox cəlb edəcək fəaliyyətlər barəsində də onların fikirlərini öyrənmək istəyirəm. Əminəm ki, belə görüşlər əsnasında, ölkələrimiz arasında anlaşma və qarşılıqlı hörməti gücləndirib, daha möhkəm əlaqələr qurə bilərik," - deyə, yeni səfir bildirdi.

Xatırladaq ki, ABŞ Senatı ötən il dekabrın 16-da Robert Frensis Sekutanın bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti