Azərbaycan, Bakı, 4 mart /Trend/
Prezident İlham Əliyev Novruzəli Aslanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Abbasov Əli-Ağa Bəhmən oğlu
Ağamirzəyev Budaq Hüseyn oğlu
Cəfərova Nailə Cəfər qızı
Eyvazov Niyaz Bayram oğlu
Əliyev Rövşən Əlipaşa oğlu
Həsənov Üzeyir Oqtay oğlu
Xəlilova Sara Abdurahman qızı
Quliyeva Afət Vahid qızı
Mehdiyev Gəncəli Yahya oğlu
Mirzəyev Ceyhun Vəkil oğlu
Mustafayev Əlmirzə Əlirza oğlu
Səlim-zadə Elşən Rza oğlu
Şayev Şaban Zakay oğlu
Vəliyev Yaşar Vəli oğlu
Yusifov Rövşən Abas oğlu.