...

Aureliya Qriqoriu: Türkiyə 1915-ci il hadisələrinin araşdırılmasını tələb edə bilər

Siyasət Materials 16 Aprel 2015 19:19 (UTC +04:00)
Türkiyə, Ermənistanın həmişə etdiyi kimi, Avropa Parlamentinin qərarına məhəl qoymaya da bilər.
Aureliya Qriqoriu: Türkiyə 1915-ci il hadisələrinin araşdırılmasını tələb edə bilər

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Türkiyə saxta "erməni soyqırımı" məsələsi ilə bağlı arxiv məlumatlarının araşdırılması üzrə xüsusi beynəlxalq komissiyanın yaradılmasını və ya ekspert rəyinin təqdim edilməsini tələb edə bilər. Bunu Trend-ə Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu Avropa Parlamentinin məlum qətnaməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin bu məsələ üzrə istənilən məhkəmə prosesində öz sübutlarını təqdim etməyə hazır olduğunu bəyan edə bilər.

Vəkil bildirib ki, Türkiyə, Ermənistanın həmişə etdiyi kimi, Avropa Parlamentinin qərarına məhəl qoymaya da bilər.

A.Qriqoriunun fikrincə, Avropa Parlamentinin qəbul etdiyi qərar erməni lobbisinin Parlamentdə və ona üzv olan ölkələrin hər birində uzun illər apardığı işin nəticəsidir.

Ombudsman əlavə edib ki, Avropa Parlamentinin qətnaməsi yəhudi soyqırımını XX əsrin ilk soyqırımı adlandırmış Nürnberq tribunalının qərarı ilə ziddiyyət təşkil edir.

A.Qriqoriu deyib ki, Avropanın Cənubi Qafqazdakı hadisələri diqqətsiz qoymaması üçün hər gün və ciddi iş görmək lazımdır: "Bu istiqamətdə işlər mütəşəkkil və məqsədyönlü olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti