...

Azərbaycanla Ukrayna arasında ikitərəfli siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 28 Aprel 2015 18:35 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenkonu qəbul edib.
Azərbaycanla Ukrayna arasında ikitərəfli siyasi məsləhətləşmələr keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Natalia Qalibarenkonu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun qlobal və regional məsələlərin müzakirəsi baxımdan vacib platforma rolu oynadığı diqqətə çatdırılıb.

Azərbaycanla Ukrayna arasında ikitərəfli və çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğu qeyd edilib.

E.Məmmədyarov Azərbaycanın öz xarici siyasətində bütün dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipindən çıxış etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında müzakirələr aparılıb.

N.Qalibarenkonun Azərbaycana səfəri çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti