...

Azərbaycan səfiri etimadnaməsini Əfqanıstan Prezidentinə təqdim edib

Siyasət Materials 8 İyun 2015 12:32 (UTC +04:00)
Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultan-zadə etimadnaməsini Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini Əfqanıstan Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultan-zadə etimadnaməsini Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim edib. Trend bu barədə Əfqanıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Təqdimat mərasimindən sonra tərəflər Azərbaycan və Əfqanıstan arasında əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Yeni təyin edilmiş səfir bildirib ki, Azərbaycan və Əfqanıstan iki qardaş ölkədir: "Azərbaycanın iş adamları Əfqanıstanın iqtisadiyyat və mədəniyyət sahəsinə investisiya qoymaqda maraqlıdırlar. İlin sonuna kimi bu istiqamətdə praktik tədbirlər həyata keçiriləcək".

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani görüşdə qeyd edib ki, növbəti illərdə Əfqanıstanın 70 faiz ticari əməliyyatları Türkmənistan-Azərbaycan-Gürcüstan və Türkiyə dəhlizi üzərindən həyata keçiriləcək.

Prezident Azərbaycanın Əfqanıstan iqtisadiyyatına investisiya qoymaq niyyətini alqışlayıb və bildirib ki, bu investisiyalar infrastrukturun inkişafı sahəsində olduqca aktual məsələdir: "Əfqanıstan hər il təqribən 1 milyon ton inşaat sementi istifadə edir və bu sahəyə investisiya hər iki tərəf üçün faydalı ola bilər".

Daha sonra prezident qeyd edib ki, əlaqələrin inkişafı üçün Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasına ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti