...

Ərdoğan və Putin Bakıda Suriyadakı vəziyyəti və enerji layihələrini müzakirə edəcəklər

Siyasət Materials 11 İyun 2015 17:31 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentləri Bakıda Suriyadakı vəziyyəti və birgə enerji layihələrini müzakirə edəcəklər.
Ərdoğan və Putin Bakıda Suriyadakı vəziyyəti və enerji layihələrini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Türkiyə və Rusiya prezidentləri Bakıda Suriyadakı vəziyyəti və birgə enerji layihələrini müzakirə edəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov jurnalistlərə bu görüşün kifayət qədər əhəmiyyətli olduğunu bildirib: "Birincisi, prezidentlər çoxdandır görüşmürlər. Rusiya və Türkiyə müxtəlif bölgələrdə ən böyük ticarət-iqtisadi, investisiya layihələri üzrə əsas tərəfdaş olaraq qalır. Bu səbəbdən də ölkə rəhbərlərinin hər görüşündə, xüsusilə, Türkiyədə baş tutan parlament seçkilərindən sonra gündəlikdə duran məsələlər çox genişdir".

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti