...

Səməd Seyidov: "Ümid edirik ki, yeni həmməruzəçi ölkəmizə münasibətdə obyektiv mövqe numayiş etdirəcək"

Siyasət Materials 25 İyun 2015 13:25 (UTC +04:00)
Ümid edirik ki, Agustin Konde fəaliyyəti dövründə ölkəmizə münasibətdə obyektiv mövqe numayiş etdirəcək.
Səməd Seyidov: "Ümid edirik ki, yeni həmməruzəçi ölkəmizə münasibətdə obyektiv mövqe numayiş etdirəcək"

Fransa, Strasburq 25 iyul /Trend, müxbir Anar Əliyev/

"Ümid edirik ki, Agustin Konde fəaliyyəti dövründə ölkəmizə münasibətdə obyektiv mövqe numayiş etdirəcək". Bunu Trend-ə Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasıın (AŞ PA) yay plenar sessiyasının dördüncü iş günündə qurumun Monitorinq Komitəsinin iclasında ispaniyalı Agustin Condenin (Augustin Conde) Azərbaycan üzrə yeni həmməruzəçi seçilməsinə münasibət bildirərkən deyib.

S.Seyidovun sözlərinə görə, yeni həmməruzəçinin şəxsiyyəti, onunla gələcək əməkdaşlığa dair hər hansı bir fikir söyləmək hələ tezdir: "Yeni həmməruzəçi hesabat hazırlamaq məqsədilə Azərbaycana səfər edəcək, ölkəmizlə tanış olacaq. Bundan sonra onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı fikir yürütmək olar".

Qeyd edək ki, A.Konde bu vəzifədə digər ispaniyalı həmməruzəçi Pedro Aqramuntu əvəz edib. 2009-cü ildən AŞ PA-nın üzvü olan A.Konde AŞ PA-da Avropa Xalq Partiyası siyasi qrupuna daxildir O, qurumun Monitorinq və Hüquqi Məsələləri və İnsan Haqları Komitələrinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti