...

Azərbaycanın Almaniyadakı Səfirliyi "DW"-nin verilişi əlaqədar bu dövlətin qurumlarına rəsmi qaydada müraciət edəcək

Siyasət Materials 3 Avqust 2015 12:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə getmiş “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişi əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək.
Azərbaycanın Almaniyadakı Səfirliyi "DW"-nin verilişi əlaqədar bu dövlətin qurumlarına rəsmi qaydada müraciət edəcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Almaniya Federativ Respublikasının "Deutsche Welle" (DW) ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə getmiş "Dağlıq Qarabağ münaqişəsində gərginlik artır" adlı verilişi əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə münasibət bildirərək "Deutsche Welle" (DW) tərəfindən hazırlanmış verilişin qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıdığını bildirib: ""DW"-in öz çəkiliş qrupunu qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin "hərbi və mülki nümayəndələri"nin yalan fikirlərinə yer ayrılır. Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir".

H.Hacıyev bildirib ki, veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır. Onun sözlərinə görə, "DW" əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə "DW" dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir: "Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, "DW" eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir. Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan "DW"-in eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcəkdir:

"Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏTMinsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyatı qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti