Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnməsi o demək deyil ki, ölkədə siyasi xaos olacaq. Bu barədə Trend-ə Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, parlament deputatı Məzhər Bağlı deyib.
O bildirib ki, Türkiyədə demokratik cəmiyyət mövcuddur və hökumətin qurulmasının uğursuzluqla nəticələnməsi ölkədə risklərə səbəb ola bilməz.
Deputat həmçinin qeyd edib ki, partiyaların liderləri - baş nazir Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların bir neçə mərhələsini keçirməklə bütün dünyaya demokratiya nümunəsi nümayiş etdirdilər.