Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/
Sentyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 593 min 393 manat 10 qəpik artıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2015-ci il tarixədək 66.526.420,27 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.