Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkiyəyə yola düşüb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd sentyabrın 12-də Ankarada keçiriləcək Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında iştirak etməkdir.
Nümayəndə heyətinə Milli Məclisin vitse-spiker Bahar Muradova, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildir.