Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Milli Məclisin IV cağırışının son plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi və bir sıra qanun və Məcəllələrə dəyişikliklər daxildir.