...

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Siyasət Materials 24 Oktyabr 2015 17:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriyanın Prezidenti Haynts Fişeri təbrik edib.
İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişeri təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə bildirilir:

"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti