...

MTN: Azərbaycana mümkün təhdidlərin qarşısının alınması ilə bağlı bütün zəruri işlər görülür

Siyasət Materials 27 Oktyabr 2015 16:24 (UTC +04:00)
“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması ilə bağlı bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.
MTN: Azərbaycana mümkün təhdidlərin qarşısının alınması ilə bağlı bütün zəruri işlər görülür

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/

"Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması ilə bağlı bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir".

Bunu Trend-ə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

O bildirib ki, əməliyyat şəraitinə nəzarət olunur: "Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti