...

XİN-dən Azərbaycana səfər etmək istəyən əcnəbilərə viza verilməsi üzrə reqlamentlə bağlı məsələyə münasibət

Siyasət Materials 31 Oktyabr 2015 15:26 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ilə bağlı məsələyə münasibət bildirib.
XİN-dən Azərbaycana səfər etmək istəyən əcnəbilərə viza verilməsi üzrə reqlamentlə bağlı məsələyə münasibət

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, H.Hacıyev bildirib ki, "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament" Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyasının hələ 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə təsdiq edilib: "Mahiyyət etibarilə reqlament yeni qəbul edilmiş sənəd deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiyasının 20 oktyabr 2015-ci il tarixli Q/09-15 saylı qərarı ilə bu reqlamentə dəyişiklik edilib".

Onun sözlərinə görə, reqlamentin 3.4.2-ci yarımbəndində "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində" sözləri "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında" sözləri ilə əvəz edilib:

"Bu dəyişiklik "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə edilib. Müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"də də eyni dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti