Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram".