...

İsrail xüsusi xidmət orqanının sabiq rəhbəri: Parisdəki terror aktları milli əsasda təqiblərə səbəb olmayacaq (ÖZƏL)

Siyasət Materials 16 Noyabr 2015 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Fransa demokratik respublikadır, burada milli və dini əsasda təqiblər çətin ki, mümkün olsun. Bunu Trend-ə İsralin "NATİV" xüsusi xidməti orqanının sabiq rəhbəri, diplomat Yakov Kedmi deyib.

Onun sözlərinə görə, terror milli, anti-miqrasiya və anti-müsəlman əhval-ruhiyyəni gücləndirəcək: "Lakin demokratik respublika olan Fransanın tarixinə nəzər salsaq, milli və ya dini əsasda təqiblərin baş verməsi çətin görünür".

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti