• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Politoloq: RF XİN millətlərin müqəddəratını təyini və ərazi bütövlüyü prinsiplərini uzlaşdıra bildi

26 Fevral 2016 13:35 (UTC+04:00)
  • 0
  • 0

Bakı-Trend:

RF XİN rəsmisi M. Zaxarova İraq kürdlərinin müstəqillik referendumu keçirməsinə Rusiya dövlətinin münasibətini açıqladı. İraq kürdləri İraqın milli sərhədləri daxilində öz müqəddəratlarını təyin etməlidirlər. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Rusiya ərazi bütövlüyü prinsipləri ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipini uzlaşdıran formulu ortalığa qoydu. Bu, Rusiyanın dövlət olaraq mövqeyidir. Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparır. Rusiyanın Suriyadakı İŞİD-ə qarşı mübarizəsi İraqı da İŞİD-ə qarşı mübarizəyə ruhlandırır. İraq bu istiqamətdə heç də kiçik olmayan qələbələr qazanıb. Həm Suriya, həm də İraq polietnik və polikonfessional dövlətlərdir. Yaxın Şərqin bütün dövlətləri polietnik və polikonfessionaldır:

"RF Yaxın Şərqə yenidən qayıdıb və uzun müddət bu regionda qalmaq niyyətindədir. Yaxın Şərqin hakim elitasında Qərbin siyasəti ərazi bütövlüyünün pozulması, dövlətlərin parçalanması assosiasiyası yaradır. Yaxın Şərqdə hamı ABŞ-ı dövlətləri dağıdan güc kimi tanıyır. RF-in siyasəti Qərbin Yaxın Şərq siyasətindən fərqli olmalıdır. Dövlətlərin ərazi bütövlüyünə verdiyi dəstək bu baxımından Rusiyanı Yaxın Şərq siyasətinin mühüm lokomotivlərindən biri olacaqdır. Eyni zamanda Rusiya ərazi bütövlüyü prinsipləri ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipi ilə uzlaşdırmaqla həm də Helsinki yekun aktının prinsiplərinə sadiqliyini nümayiş etdirir. V.Putin ərazi bütövlüyü və ya sərhəd toxunulmazlığı kimi Avropa dəyərini Yaxın Şərqə daşıyır.

Millətlərin öz müqəddəratinı təyin etmə prinsipi ərazi bütövlüyü prinsipi içərisində reallaşması yeni olmasa da, RF-in bu yanaşma tərəfində olması çox vacib məsələdir. Söhbət təkcə Rusiyanın özünün çox millətli dövlət olmasından getmir. Söhbət V.Putinin beynəlxalq aləmdə prinsip tərəfdarı kimi mövqeyinin möhkəmlənməsindən gedir. Bu kontekstdə V.Putinin bir az öncə V.Lenini tənqid etməsinin səbəbləri aydınlaşır. Amma tarixin daha vacib qanuna uyğunluğu var. Gələcək zaman keçmiş zamanın üstündə qurulub. Əgər RF XİN millətlərin öz müqəddəratını təyin etmə prinsipini yalnız Yaxın Şərq regionunda ərazi bütövlüyü prinsipi içərisində reallaşmasının tərəfdarıdırsa, bu çox ciddi səhvdir. MDB məkanındakı proseslərə də bu kontekstdən yanaşılmalıdır və RF XİN MDB məkanında öz müqəddəratını təyin etmək istəyən millətlərə beynəlxalq hüquqi baxımından mənsub olduğu dövlətlərin sərhədlərini göstərməlidir. Bunu mümkün qədər tez etməsi lazımdır.

Dağlıq Qarabağ münaqişəsi kontekstində Ermənistanın ərazi bütövlüyü prinsipini inkar etməsi bu dövlətin mövcudluğunu şübhə altına qoyub.

MDB məkanı birbaşa RF-in ərazisinə söykənir. Yaxın Şərq regionun isə RF-lə coğrafi təması yoxdur. Yaxın Şərq regionunda milli sərhədləri dəstəkləməkdə uğur əldə etmək üçün RF MDB dövlətlərinin milli sərhədlərinə dəstəyini xeyli artırmalıdır.

RF uzun müddət MDB-də ərazi bütövlüyü prinsipinə lazımı dəstək vermədi. Ona görə, MDB indi xeyli zəif qurumdur. RF-in ərazi bütövlüyü prinsipinə lazımı dəstək verməməsi AİB-in də formalaşmasını çətinləşdirir; Bu kontekstə MDB-nin problemləri sanki AİB-ə ekstrapolyasiya olunub.

AİB üzvü olan Ermənistan bu məsələdə ən əsas dezinteqratordur. AİB üzvü olan Ermənistan RF-in bütün göstərişlərini yerinə yetirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, bunun bir neçə səbəbi ola bilər. Səbəblərindən biri də Rusiyadan Ermənistana tərəf belə göstərişin gəlməməsidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Mübariz Əhmədoğlu
Digər xəbərlər
Politoloq: Ermənistanın müdafiə naziri Seyran Ohanyan kontent-analizi öyrənsə, erməni əsgərləri məhv olmayacaq
Siyasət 17 Fevral 2016 13:15
Mübariz Əhmədoğlu: Həmsədrlər "status-kvo dəyişməlidir, ancaq bunun danışıqlarla olması arzu olunandır" ifadəsini işlədə bilməzlər
Dağlıq Qarabağ Münaqişəsi 17 Fevral 2016 12:34
Mübariz Əhmədoğlu: Lavrov Ermənistan prezidentinin iki dəfə RF prezidentini inkar etməsinə hələ reaksiya verməyib
Siyasət 15 Fevral 2016 10:56
Mübariz Əhmədoğlu: Ermənilər dini qarşıdurmalardan resurs əldə edirlər
Siyasət 12 Fevral 2016 10:35
Mübariz Əhmədoğlu: Seçkiönü dövrdə Fransa prezidenti ermənilərə möhtacdır
Siyasət 10 Fevral 2016 10:16
Mübariz Əhmədoğlu: ABŞ-ın Ermənistandakı səfiri R.Millzin antikorrupsion fəaliyyəti dayanıb
Siyasət 8 Fevral 2016 10:38
Xəbər lenti
Azərbaycan neftinin qiyməti dəyişdi
İqtisadiyyat 21:45
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Cəmiyyət 21:19
Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb
Hadisə 21:00
İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edir
Cəmiyyət 20:46
Hərbi hissədə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 20:31
Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı
Dünya xəbərləri 20:04
Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır
Siyasət 19:49
Bakıda məcburi köçkün 35 yaşlı qadını vurub öldürdü
Hadisə 19:33
Azərbaycan Tələbə-Könüllülərinin Forumu keçirilib
Cəmiyyət 19:19
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri