...

Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

Siyasət Materials 1 Mart 2016 12:14 (UTC +04:00)
Albaniyanın sabiq prezidentləri Sali Berişa və Recep Meydani Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıya gələcək.
Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

Bakı. Trend:

Albaniyanın sabiq prezidentləri Sali Berişa və Recep Meydani Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıya gələcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

10-11 mart tarixində Bakı şəhərində keçiriləcək "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən miqrasiya, multikulturalizm, inteqrasiya və digər qlobal əhəmiyyətli məsələləri geniş müzakirə ediləcək.

Qeyd edək ki, Sali Berişa və Recep Meydani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləridir. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti