...

Mehriban Əliyeva: Azərbaycan ilə ISESCO arasında sıx əməkdaşlıq mövcuddur

Siyasət Materials 10 Mart 2016 14:33 (UTC +04:00)
Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.
Mehriban Əliyeva: Azərbaycan ilə ISESCO arasında sıx əməkdaşlıq mövcuddur

Bakı. Trend:

Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva baş direktor Əbdüləziz Osman əl-Tuveycrini yenidən Bakıda görməkdən məmnun olduğunu bildirərək, Azərbaycan ilə təşkilat arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV Qlobal Bakı Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi, ölkəmizin dostlar üçün hər zaman açıq olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti