Bakı. Elmira Tariverdiyeva - Trend:
Tehran və Bakı ikitərəfli əlaqələrinə yeni ciddi təkan verməlidirlər. Trend-in İran Prezidentinin saytına istinadən verdiyi məlumata görə, bunu İslam Respublikasının dövlət başçısı H.Ruhani Azərbaycanın Tehrandakı yeni səfiri Bünyad Hüseynovla görüşündə deyib.
Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün İranın imkanlarından istifadə etmək lazımdır: "Tehran-Bakı əlaqələrinin yaxşılaşmasına təsir edə biləcək çoxlu ikitərəfli saziş və layihələr var".
Etimadnaməsini H.Ruhaniyə təqdim edən səfir İranın dost münasibətlərinə əminliyini bildirib: "İkitərəfli, regional və beynəlxalq əməkdaşlığın fəallaşdırılmasından iki qonşu ölkənin xalqları və hökumətləri qazanacaq".