...

Azərbaycan və Makedoniya ikitərəfli münasibətləri müzakirə ediblər (FOTO)

Siyasət Materials 22 May 2016 09:41 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb
Azərbaycan və Makedoniya ikitərəfli münasibətləri müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Makedoniya ikitərəfli münasibətləri müzakirə edilib.

Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti