...

Böyük Britaniyanın yeni səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib

Siyasət Materials 26 May 2016 15:02 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul edib.
Böyük Britaniyanın yeni səfiri etimadnaməsini Elmar Məmmədyarova təqdim edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov səfir Karol Kroftsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Karol Krofts iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığın vacibliyi deyən tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdığını vurğulayıblar.

Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti