Bakı. Trend:
Avropa Şurasının sabiq sədri Herman van Rompey "Brexit" üzrə referendumun nəticələri ilə əlaqədar Böyük Brtaniyanın tənəzzülünü istisna etməyib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, H.Rompey "Canvas" telekanalının efirində qeyd edib: "Bu, Böyük Britaniyanın sonu ola bilər. Böyük Britaniyanın Aİ-dən çıxması İttifaq üçün son deyil, lakin məndə elə bir hiss var ki, sanki nəyisə amputasiya ediblər".
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.