...

Erik Nilen: Bu tədbirlərdə mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün vacibdir

Siyasət Materials 16 Noyabr 2016 11:59 (UTC +04:00)
Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi dünya xəbər agentliklərinin qlobal görüşü mövcud çağırışları müzakirə etmək baxımından gözəl bir imkandır.
Erik Nilen: Bu tədbirlərdə mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün vacibdir

Bakı. Elçin Mehdiyev – Trend:

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Azərbaycanda keçirilməsi dünya xəbər agentliklərinin qlobal görüşü mövcud çağırışları müzakirə etmək baxımından gözəl bir imkandır. Bunu Trend-ə Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Nilen deyib.

E.Nilen bildirib ki, bu cür görüşlərdə dünya xəbər agentlikləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur və müxtəlif qərarlar qəbul edilir. E.Nilen tədbirin Azərbaycan üçün əhəmiyyətindən də danışıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi və mühüm müzakirələrin aparılması ev sahibliyi edən ölkə üçün də vacib əhəmiyyət daşıyır.

E.Nilen bildirib ki, dünyanın xəbər agentliklərinin nümayəndələri Azərbaycana gəlir və bu ölkəni daha yaxından tanıyırlar. O deyib ki, bu, ölkənin beynəlxalq nüfuzunu artırır.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti