Bakı. Maksim Tsurkov - Trend:
OPEC-in Baş katibi Məhəmməd Barkindo Azərbaycana səfər etmək niyyətini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində yazılıb.
Nazir qeyd edib ki, M.Barkindo niyyətini oktyabrın 30-u prezident İlham Əliyevlə Vyanada görüşü zamanı açıqlayıb.