...

Xanlar Vəliyev: Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin də günahı var idi

Siyasət Materials 16 Fevral 2017 12:02 (UTC +04:00)
Xocalı faciəsinin baş verməsində müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların üzərinə düşür.
Xanlar Vəliyev: Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin də günahı var idi

Bakı. Samir Əli-Trend:

Xocalı faciəsinin baş verməsində müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da üzərinə düşür.

Trend-in məlumatına görə, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Hərbi prokuror xatırladıb ki, Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib: "Amma o zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllibov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdi".

O bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: "Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti