...

“Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində hava hədəfinə artilleriya atışı icra edilib (VİDEO)

Siyasət Materials 4 Avqust 2017 13:11 (UTC +04:00)
“Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.
“Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində hava hədəfinə artilleriya atışı icra edilib (VİDEO)

Bakı. Trend:

“Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

Trend-in məlumatına görə, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

Azərbaycanın “G-124” gözətçi və Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmiləri isə gəmi heyətlərindən asılı olmayan səbəblərdən hədəflərdə yaranan texniki nasazlığa görə tapşırıqları növbəti gün icra edəcəklər.

Bu gün isə gəmi heyətləri müsabiqənin “Üzən minaya artilleriya atışı” epizoduna qatılaraq minaları təqlid edən hədəflərin məhv edilməsində yarışacaqlar.

Xəbər lenti

Xəbər lenti