...

Aureliya Qriqoriu: Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir

Siyasət Materials 8 Avqust 2017 15:21 (UTC +04:00)
Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir.
Aureliya Qriqoriu: Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir.

Bunu Trend-ə Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.

O deyib: “Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir. Dinc sakinlərin atəşə tutulması kimi hadisələr dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”.

A.Qriqoriu qeyd edib ki, bu cür hüquqazidd əməlləri törədənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Ermənistan rəhbərliyi törədilən bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Ermənistan silahlı qüvvələri bu cür əməlləri yalnız komandanın icazəsi ilə həyata keçirə bilər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti