...

Çavuşoğlu: Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir

Siyasət Materials 6 Sentyabr 2017 12:39 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir.
Çavuşoğlu: Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, üçtərəfli formatlar regional əməkdaşlığın inkişafına vacib töhfə verir:

“Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkənin nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə olunacaq”.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti