...

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Siyasət Materials 28 Dekabr 2017 16:56 (UTC +04:00)
Artıq Azərbaycanda ivrit, latın, hətta erməni dili üzrə də magistr səviyyəsində kadrlar hazırlanır.
İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq Azərbaycanda ivrit, latın, hətta erməni dili üzrə də magistr səviyyəsində kadrlar hazırlanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

İ.Həbibbəyli əlavə edib ki, AMEA-da Azərbaycan dilinin işlənməsi, təbliği istiqamətində çoxsaylı işlər aparılır. Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasının nəzərdə tutulduğunu deyən I.Həbibbəyli deyib ki, akademiyanın hazırladığı orfoqrafiya qaydaları əsasında yeni orfoqrafiya lüğəti hazırlanacaq. Lüğətin son versiyası artıq Orfoqrafiya Komissiyasının üzvlərinə göndərilib.

O təklif edib ki, AMEA-nın hazırladığı orfoqrafiya qaydaları "Elm" qəzetində dərc olunaraq ictimaiyyətin müzakirəsinə verilsin.

İ.Həbibbəyli yeni orfoepiya lüğətinin hazırlanmasını da vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti