...

Deputat: Azərbaycanda vergi ödəyicilərinin sayını artırmaq lazımdır

Siyasət Materials 13 Fevral 2018 11:42 (UTC +04:00)
Azərbaycanda vergi ödəyicilərinin sayını artırmaq lazımdır.
Deputat: Azərbaycanda vergi ödəyicilərinin sayını artırmaq lazımdır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda vergi ödəyicilərinin sayını artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Millət vəkili deyib ki, vergi ödəyicilərinin sayının artması dövlət büdcəsinə vergi daxilolmalarını əhəmiyyətli dərəcədə artıracaq: “Azərbaycanda bu sahədə problemlər hələ keçid dövründə başlamış çətinliklərlə bağlıdır. Biz kənd təsərrüfatında işləyən əhalini vergilərdən azad etmişdik, bu isə iqtisadi fəal əhalinin 35-36 faizidir. Bu istiqamətdə tədbirlər görmək lazımdır”.

Z.Səmədzadə onu da vurğulayıb ki, vergi ödəyicilərinin sayının az olması dövlətin imicinə də mənfi təsir göstərir: “Azərbaycanda hər il iqtisadi fəal əhali artır, yeni iş yerləri açılır, vergi ödəyicilərinin sayı isə artmır. Bu, ciddi problemdir və bunu həll etmək lazımdır. Bu gün vergidən toplanan vəsait ümumi daxili məhsulun 8-9 faizini təşkil edir ki, bu da çox aşağı göstəricidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti