...

ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatı açıqlandı (YENİLƏNİB)

Siyasət Materials 29 Mart 2018 18:45 (UTC +04:00)
ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.
ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatı açıqlandı (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT/DTİHB-nin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.

Trend-in məlumatına görə, hesabat qurumun rəsmi saytında dərc olunub.

Hesabatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə və fevralın 21-22-də keçirilən qiymətləndirmə missiyasının nəticələrinə əsasən ATƏT/DTİHB martın 9-u prezident seçkilərini müşahidə missiyası yaradıb. Korien Yonkerin rəhbərlik etdiyi missiya Bakıda fəaliyyət göstərən 11 nəfərlik əsas qrupdan və martın 15-dən Azərbaycanda olan 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Missiya üzvləri ATƏT-in 20 üzv ölkəsindən cəlb olunub”.

Hesabatda qeyd olunur ki, seçkilərin ümumi keçirilməsinə görə Mərkəzi Seçki Komissiyası (MSK) məsuliyyət daşıyır:

“Zərurət yarandıqda MSK ATƏT/DTİHB-nin müntəzəm olaraq dəvət edildiyi sessiyalar keçirir. Kütləvi informasiya vasitələrinin nümayəndələri bu tədbirlərdə fəal iştirak edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti