...

Belçikalı senator: Azərbaycanın prezident seçkilərini təşkil etməsi təcrübəsi bir çox ölkələrə nümnunə gətirmək olar

Siyasət Materials 11 Aprel 2018 22:33 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərinin təşkil edilməsi təcrübəsini bir çox ölkələrə nümunə gətirmək olar.
Belçikalı senator: Azərbaycanın prezident seçkilərini təşkil etməsi təcrübəsi bir çox ölkələrə nümnunə gətirmək olar

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycanda prezident seçkilərinin təşkil edilməsi təcrübəsini bir çox ölkələrə nümunə gətirmək olar.

Trend-in məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Belçikanın Flandriya senatının fəxri üzvü Frank Kreyelman deyib.

F.Kreyelman deyib: "Belçika da daxil olmaqla bir çox ölkələrə prezident seçkilərinin keçirilməsində Azərbaycanın effektli yanaşmasını öyrənmək faydalı olardı".

Senator qeyd edib ki, Belçikadan olan müşahidəçilər şəffaf seçkilərin şahidi olublar".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti