Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Trend-in məlumatına görə, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:
"Bir kərə yüksələn bayraq bir daha enməz! Neçə-neçə 100 illərə çatasan, can Azərbaycan..."
Nazir səhifəsində "#Azerbaycan100" etiketini də paylaşıb.