...

Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Siyasət Materials 28 İyun 2018 15:28 (UTC +04:00)
Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi.
Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti