...

Ekspert: Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü tərəflərin iqtisadi əlaqələrin genişlənməsinə hazırlığını təsdiq etdi

Siyasət Materials 3 Sentyabr 2018 18:12 (UTC +04:00)
Prezidentlər Vladimir Putin və İlham Əliyevin Soçi görüşü təsdiq etdi ki, Rusiya və Azərbaycan daha sıx iqtisadi əməkdaşlıq üçün çalışır və iqtisadiyyatın bütün sahələri üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyi davam etdirir
Ekspert: Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü tərəflərin iqtisadi əlaqələrin genişlənməsinə hazırlığını təsdiq etdi

Bakı. Mətanət Nəsibova - Trend:

Prezidentlər Vladimir Putin və İlham Əliyevin Soçi görüşü təsdiq etdi ki, Rusiya və Azərbaycan daha sıx iqtisadi əməkdaşlıq üçün çalışır və iqtisadiyyatın bütün sahələri üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyi davam etdirir.

Bunu Trend-ə Rusiyanın Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov deyib.

İ.Pyatibratovun sözlərinə görə, əsas birgə iqtisadi layihə “Şimal-Cənub” marşrutudur. Bu layihə Azərbaycan məhsullarına Avropa bazarına çıxmağa imkan verəcək, eləcə də Azərbaycanın iri ticarət və nəqliyyat qovşağı kimi əhəmiyyətini artıracaq:

“Bundan başqa, Rusiya və Azərbaycanın neft-qaz şirkətləri arasında imzalanmış müqavilələr də vacibdir. Belə ki, “Qoşadaş” blokunun və Xəzərin dibinin “Rosneft” və SOCAR tərəfindən birgə işlənməsi razılaşdırılıb”.

Ekspert bildirib ki, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası ilə Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında imzalanmış memorandum da maraq doğurur.

Analitik həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunub:

“Rusiya ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasını davam etdirəcək, münaqişənin dinc yolla həlli regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün vacibdir. Eyni zamanda bu, iqtisadiyyatlarımızın inteqrasiyası üçün, eləcə də Azərbaycanla Rusiya arasında uğurlu və çoxtərəfli əməkdaşlığın davam etməsi üçün vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti