...

Prezident İlham Əliyev Şabran rayonunda avtomobil yolunun tikintisi üçün 8,6 milyon manat ayırıb

Siyasət Materials 10 Sentyabr 2018 17:56 (UTC +04:00)
Prezident İlham Əliyev Şabran rayonunda avtomobil yolunun tikintisi üçün 8,6 milyon manat ayırıb.
Prezident İlham Əliyev Şabran rayonunda avtomobil yolunun tikintisi üçün 8,6 milyon manat ayırıb

Bakı. Trend:

Prezident İlham Əliyev Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 6 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti