...

Deputat: Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür

Siyasət Materials 3 Oktyabr 2018 11:43 (UTC +04:00)

Bakı . Elçin Mehdiyev – Trend:

"Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma bu belə deyil. Məsələn, parlamentin bu gün İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb".

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib.

O qeyd edib ki, təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər: “Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür”.

Y.Abramov vurğulayıb ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti