Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın RF Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır:
Rusiya XİN-dən Hakopyanın bir qrup rusiyalı qadınla Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət (ÖZƏL)
Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır".