...

Türkiyə Prezidentinin müşaviri: Bəşəriyyətin türk-islam birliyinə, ədalətinə ehtiyacı var (ÖZƏL)

Siyasət Materials 23 Mart 2019 09:55 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bəşəriyyətin türk-islam birliyinə, mədəniyyətinə və bu mədəniyyətdən doğan ədalətə ehtiyacı var. Bunu Trend-ə özəl müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bildirib ki, enerji mənbələri, insan potensialı və coğrafi mövqe baxımından türkdilli dövlətlər əsrimizin ən güclü birliyini qurmaq potensialına sahibdirlər: "İnanıram ki, rifah və sabitliyə müsbət mənada təsir edə biləcək bu birliyə dünyanın da ciddi ehtiyacı var".

Baş müşavirin sözlərinə görə, tarixdə türk-islam mədəniyyətinin güclü olduğu dövrlərdə heç vaxt digər millətlər və dinlərin nümayəndələri ayrı-seçkiliyə məruz qalmayıb və əmin-amanlıqda yaşayıblar:

"Bu gün məzlumların halı göz qabağındadır. Tarix göstərir ki, bəşəriyyətin yenidən bizim mədəniyyətimizə və ədalətimizə ciddi ehtiyacı var".

Y.Topçu əlavə edib ki, müstəqilliklərini əldə etdikdən sonrakı 27 il müddətində türkdilli dövlətlər arasında bütün sahələrdə möhkəm əlaqələr qurulub:

"Müstəqillik illərində türkdilli dövlətlər bir çox sahələrdə əməkdaşlıq edərək vətəndaşlarının gələcəyinə yönəlmiş mühüm layihələr həyata keçiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti