...

Arif Babayev: Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər

Siyasət Materials 2 Mart 2019 11:50 (UTC +04:00)
Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər.
Arif Babayev: Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər

Bakı. Trend:

Prezident İlham Əliyev və Mehriban Əliyeva milli mədəniyyətimizin inkişafına böyük qiymət verirlər.

Trend-in məlumatına görə, bunu Xalq artisti, professor Arif Babayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

A.Babayev çıxışında müsabiqələr haqqında danışıb: "Bizim növbəti muğam müsabiqəmiz bu yaxınlarda başlayacaq. Həddindən çox insan zəng edir, soruşur, maraqlanır, deyir ki, mən o müsabiqədə iştirak etmək istəyirəm. Doğrudan da çox böyük bir layihədir. Sağ olsun bu layihəni quran Mehriban xanım. Çünki muğam müsabiqələrinin keçirilməsi bizim sənət adamlarının inkişafına çox böyük təkandır".

Xalq artisti bildirib ki, cavanların araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması böyük işdir: "Məsələn, bu yaxınlarda Ağdamda möhtəşəm bir bina tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Yəni, bununla demək istəyirəm ki, çox sağ olun cənab Prezident, Mehriban xanım. Siz milli mədəniyyətimizin inkişafına doğrudan da böyük qiymət verirsiniz. Bu yaxınlarda, - gərək mən deyim bunu, - onurğa sütunumda bir problem var idi, sağ olsun Mehriban xanımın köməyi ilə o problem aradan qaldırıldı. İndi şükür Allaha ki, ayaq üstəyəm. Buna görə də Sizə təşəkkürümü bildirirəm.

Onu demək istəyirəm ki, cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə “Çox sağ olun!” deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da bu, böyük işdir".

A.Babayev qeyd edib ki, uşaqlar musiqi məktəblərində formalaşırlar. Xalq və bəstəkar mahnılarını onlara balaca vaxtlarından öyrətmək lazımdır: "Onların not bilmələri daha yaxşıdır. Bir xanəndə kimi biz bunu görürük. Mən hazırda Milli Konservatoriyada kafedra müdiriyəm. Bizim peşəkar, çox gözəl müəllim yoldaşlarımız var, birgə çalışırıq və yaxşı xanəndələri ortaya çıxarırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti