...

ATƏT-in fəaliyyətdə olan sədri Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Siyasət Materials 28 İyun 2019 21:36 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa işləri üzrə naziri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa işləri üzrə naziri Miroslav Layçak Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən Rusiyadan və ABŞ-dan olan həmsədrləri İqor Popov və Endoyu Şofer ilə görüşüb.

Trend-in məlumatına görə, sədr M.Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin nəticələri, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərin himayəsi altında aprelin 15-i Moskvada və iyunun 20-si Vaşinqtonda keçirilən görüşləri barədə məlumatlandırılıb. Həmsədrlər slovakiyalı sədri humanitar məsələlərdə irəliləyiş, o cümlədən bu gün Ermənistan və Azərbaycan arasında baş tutan əsirlərin mübadiləsi haqqında məlumatlandırıblar.

Layçak Minsk prosesinə və həmsədrlərin işinə, o cümlədən sülhə və danışıqlarda əhəmiyyətli tərəqqiyə xidmət edən mühitin yaradılması və gərginliyin azaldılması üzrə tərəflərin səylərinə tam dəstək verdiyini bildirib.

Əsirlərin mübadiləsini şərh edən sədr bildirib: "Biz bu humanitar addımı alqışlayırıq. Bu addım göstərir ki, dialoq münaqişənin təsir etdiyi insanlar üçün müsbət nəticələr verə bilər".

Xəbər lenti

Xəbər lenti