...

Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir - Sentyabrdan

Siyasət Materials 25 İyul 2019 13:32 (UTC +04:00)
Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcək.
Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir - Sentyabrdan

Bakı. Rufiz Hafizoğlu - Trend:

Sentyabr ayının 1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, viza rejimi Azərbaycan ərazisində 30 gün olan Türkiyə vətəndaşları üçün ləğv edilir.

M.Çavuşoğlu Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə bağlı qərara görə Azərbaycan tərəfə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti