...

Fransada azərbaycanlı mühacir saxlanılıb

Siyasət Materials 14 Noyabr 2019 10:11 (UTC +04:00)
Fransada azərbaycanlı mühacir Rəfail Priyev saxlanılıb.
Fransada azərbaycanlı mühacir saxlanılıb

Bakı. Trend:

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

Trend xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb.

Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti