...

Fransadan Almaniyaya gətirilən Azərbaycan vətəndaşı deportasiya ediləcək

Siyasət Materials 15 Noyabr 2019 18:19 (UTC +04:00)
Fransada tutularaq Almaniyaya gətirilən Rəfail Priyev adlı Azərbaycan vətəndaşının barəsində olan deportasiya qərarı icra olunacaq.
Fransadan Almaniyaya gətirilən Azərbaycan vətəndaşı deportasiya ediləcək

Bakı. Trend:

Fransada tutularaq Almaniyaya gətirilən Rəfail Priyev adlı Azərbaycan vətəndaşının barəsində olan deportasiya qərarı icra olunacaq.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, R.Priyev dünən Fransadan Almaniyanın Hamburq əyalətinə gətirilib.

Hazırda onun “Deportasiya mərkəzi”ndə saxlanıldığı deyilir. Yaxın günlərdə İtaliyaya deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan “Dublin sazişi”nə əsasən, İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirirək, barəsində deportasiya qərarı verib.

R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti və müxalifəti barədə təhqiramiz çıxışları ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti