...

Prezident İlham Əliyev ruminiyalı həmkarını təbrik edib

Siyasət Materials 27 Noyabr 2019 11:43 (UTC +04:00)
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev ruminiyalı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti