...

Mixail Qusman: Azərbaycan və Rusiya prezidentləri arasında etimad ən yüksək səviyyədədir (VİDEO)

Siyasət Materials 23 Dekabr 2019 09:06 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri arasında etimad ən yüksək səviyyədədir
Mixail Qusman: Azərbaycan və Rusiya prezidentləri arasında etimad ən yüksək səviyyədədir (VİDEO)

Bakı. Trend:

Azərbaycan və Rusiya prezidentləri arasında etimad ən yüksək səviyyədədir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman deyib.

M.Qusman qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında illər ərzində inkişaf etmiş, kifayət qədər yaxın, dərin dialoq mövcuddur:

"Təkcə son vaxtlar ərzində prezidentlər həm Valdayda, həm də Aşqabadda, indi isə Sankt-Peterburqda görüşdülər. Onlar dost kimi görüşüblər, bu, görüşün ilk saniyələrindən də aydın idi".

Onun sözlərinə görə, həmişə, xüsusilə peşəkar gözü ilə baxanda liderlər arasındakı münasibətlər, onların necə görüşdüyü, necə danışdıqları və söhbət əsnasında bir-birinə hansı əhval-ruhiyyə ilə baxdıqlarını görmək olur:

"Çünki siyasi lüğətdə “fərdi kimya” anlayışı var, prezidentlər arasında da bu “fərdi kimya” çox sıxdır. Görünür ki, bu iki lider bir-birini yaxşı başa düşür və ən əsası bir-birinə güvənirlər. Çünki müasir dünyada böyük bir çatışmazlıq varsa, deməli bu, etimad çatışmazlığıdır. Sevindirici haldır ki, Rusiya və Azərbaycan prezidentləri arasında etimad çatışmazlığı yoxdur".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfərinə toxunan Mixail Qusman qeyd edib ki, səfərdən doğan müsbət rezonans bu gün də hiss olunur:

"Görüşlərin zənginliyi, dialoq səviyyəsi, həmsöhbətlərin yaxınlığı və qaldırılan mövzuların əhəmiyyəti baxımından bu səfərin misli görünməmiş xarakterini artıq demişəm və bir daha deməyə hazıram".

Onun fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevaya belə münasibət nəinki ölkələrimiz arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə, eləcə də Azərbaycana, Prezidentə və Azərbaycan xalqına yüksək hörmət sayılır:

"Bütün bunlar təkcə Azərbaycan hakimiyyətinə deyil, həm də Rusiya vətəndaşlarının Azərbaycan Respublikasına xüsusi münasibətinin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti