...

Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Siyasət Materials 8 Fevral 2020 15:17 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Seçkilərdə yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün seçkilərə həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 77790 nəfərə çatıb. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir:

"Beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti