...

“The London Post” qəzetində Milli Məclisə seçkilərlə bağlı məqalə dərc olunub (FOTO)

Siyasət Materials 8 Fevral 2020 18:39 (UTC +04:00)
Böyük Britaniyanın “The London Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib
“The London Post” qəzetində Milli Məclisə seçkilərlə bağlı məqalə dərc olunub (FOTO)

Bakı. Trend:

Böyük Britaniyanın “The London Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Azərbaycanın daha sürətli inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamı ilə fevralın 9-da ölkədə parlament seçkilərinin keçiriləcəyi bildirilir.

Yazıda bildirilir ki, bu seçkilər Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə Heydər Əliyev tərəfindən həyata keçirilmiş demokratik və siyasi islahatların bir hissəsidir. Hazırda bu siyasi islahatlar Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də istinad edilir. Parlament seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilərin izləyəcəyi diqqətə çatdırılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının da seçki prosesini yaxından izləyəcəkləri vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti